Polis orta məktəb şagirdlərinin öz həmyaşıdına qarşı bullinq (qısnama) görüntüləri ilə bağlı araşdırma aparır.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti açıqlama yayıb.
“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”-deyə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Qeyd edək ki, sosial şəbəkədə Xətai rayonundakı orta məktəb şagirdləri olduğu iddia edlən yeniyetmə qızların öz həmyaşıdına qarşı zorakılıq tətbiq etməsi barəd görüntülər paylaşılıb. Azyaşlının üzərinə ədəbsiz söz yazılıb və başında yumurta sındırılıb. Görüntülər ciddi rezonansa səbəb olub.