Azyaşlılarla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirildi –QANUN

Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər bu əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. Qanuna əsasən, artıq bu halda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək cəzası da tətbiq olunacaq. Başqa sözlə, yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

İndiyə qədər əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdısa, qanuna əsasən, bu əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq.

 

Cinayət Məcəlləsinin 152-ci maddəsinin dispozisiyası dəyişib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Qanuna əsasən, bu halda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də tətbiq olunacaq. Başqa sözlə, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanuna görə, eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qüvvədə olan Məcəlləyə əsasən, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə iki və ya daha çox şəxsə qarşı törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.