Azərbaycan və Ermənistan XİN rəhbərləri Brüsseldə görüşəcəkmi?- Açıqlama

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Brüsseldə görüşməyi planlaşdırmırlar.

Azpost.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı yalnız Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.

Ceyhun Bayramov sonuncu dəfə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tehranda görüşüb və orada “3+3” formatında konfrans keçirilib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionlarında sabitliyin bərqərar olmasına töhfə verib.

Ermənistan və Azərbaycanın Brüssel görüşündən imtina etməsinin səbəbləri açıqlanmır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.