Azərbaycanda 11-ci sinif şagirdi dərs zamanı ölüb

Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

Hadisə bu gün günorta saatlarında rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Z.Əzizova elə məktəbdə keçinib.

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.