Azərbaycan İranda konsulluq şöbəsini bərpa edib

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.

Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Faks: 22596310

Elektron poçt: tehran@mission.mfa.gov.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.