Can Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edir, sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm.
Bu ifadələr Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın təbrik mesajında yer alıb.
Türkiyənin vitse-prezidentinin rəsmi “X” hesabında edilən paylaşımda “Bu vəsiləylə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı rəhmətlə yad edirəm. Birliyimiz, diriliyimiz əbədi olsun”, – deyə bildirilib.