Bərdədə 22 kq-lıq çətənə kolu aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb.

Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir(apa).

Əvvəlki məqalə

Lukaşenko ŞƏT sammitində Çin lideri ilə görüşmək istəyir

Sonrakı məqalə

Bəzi çaylardan sel keçib