Bəhreyndə azyaşlı qızları satan 6 Rusiya vətəndaşı həbs edilib

Bəhreyndə 13-17 yaş arası azyaşlı rus qızlarını cinsi istismar üçün satan 6 Rusiya vətəndaşı həbs edilib.

Azpost.info bildirir ki, bu barədə “İzvestiya” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Azyaşlı qızlardan biri dünyasını dəyişib.

Müttəhimlər qızların pasportlarını əllərindən alaraq onları fahişəliyə məcbur ediblər. Bu məqsədlə onlara saxta xarici sənədlər təqdim edilib. Lakin Bəhreynə gəldikdən sonra sənədlər onlardan alınıb.

“Müttəhimlərdən bəziləri Rusiyada qızları seçərək cinayətkar qruplaşma üzvlərinə 7-14 min dollara satıb. Digərləri isə yerindəcə – Bəhreyndə onlara nəzarət edib”, – mənbə bildirib.

Bundan başqa, qeyd olunur ki, zərərçəkmişlərə uzun müddət yaşadıqları yerləri tərk etmək qadağan edilib. Onlar  zorakılığa məruz qalıb və narkotik vasitələrdən istifadə etməyə məcbur ediliblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.