Bəstəkar Cavanşir Quliyevin vəziyyəti pisləşib –Türkiyədə xəstəxanaya yerləşdirilib

Tanınmış bəstəkar Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.

Azpost.info bildirir ki, bu barədə rejissor Ramiz Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə səfərdə olan C.Quliyevin səhhəti qəfildən pisləşib. Bəstəkar İstanbulda ailəsinin yanında olarkən beyninə qan sızıb.

“Həyat yoldaşı Ülkər xanım bildirdi ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”-deyə o bildirib.

Şəhər xəstəxanalarının birində olan bəstəkarın “Acıbadem” xəstəxanasına köçürülməsi gözlənilir.

Əvvəlki məqalə

Türkan Şoray 46 ildən sonra Moskvaya gəldi, çəkildiyi filmə baxdı –

Sonrakı məqalə

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs edam olunacaq –