İsrail HAMAS-ın hərbi qanadının rəhbərini öldürmək məqsədilə Qəzzaya hücum edib

İsrail ordusu HAMAS hərəkatının hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı öldürmək məqsədi ilə Qəzzada əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Nazirliyin açıqlamasında əl-Həddadın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun təşkilatçılarından biri olduğu bildirilib.

“O, ABŞ prezidenti Donald Trampın iştirakı ilə HAMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası ilə bağlı əldə edilən razılaşmanı həyata keçirməkdən imtina edib”, – Katz deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.