Bəxtiyar Hacıyevə qarşı vergidən yayınma ittihamı irəli sürülüb

İctimai fəal, İstintaq Təcridxanasında saxlanılan Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə vəkil Elçin Sadıqov Turan-a bildirib.

Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə sığorta ödənişlərdən yayınma) maddəsilə ittiham irəlü sürülüb.

“Yeni ittiham Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilatın yox, digər qurumların gəlirləri əsasında irəli sürülüb. Yəni, istintaq hesab edir ki, əgər digər təşkilatların müəyyən gəlirləri varsa, Hacıyevin strukturu da eyni gəlirə malik olmalıdır”, – vəkil deyib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə saxlanılıb.

Bu ilin iyulunda ona Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206 ( qaçaqmalçılıq) maddələrilə itthamlar irəli sürülüb.

Əvvəlki məqalə

Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılması təklifinə Dumadan

Sonrakı məqalə

Şuşadakı yaşayış kompleksində 450 mənzil istifadəyə veriləcək