“Bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır”- Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, – qeyd olunub.

Əvvəlki məqalə

“Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir”

Sonrakı məqalə

“Kəpəz”-“Qarabağ” oyununda kütləvi dava olub