Bakı–Ağstafa–Bakı marşrutuna həftə sonları üçün əlavə reyslər təyin edilir

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edir.

ADY–dən bildirilib ki, noyabrın 17-dən etibarən hər həftənin cümə və şənbə günlərində 23:55-də Bakıdan yola düşən qatar 06:20-də Ağstafaya çatacaq. Hər həftənin şənbə və bazar günlərində 08:30-da Ağstafadan yola düşən qatar 14:55-də Bakıya çatacaq.

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək.Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Əvvəlki məqalə

“Otuz ildir pansionatda qalıram”

Sonrakı məqalə

Altıqat çempion idmançıları Rusiyadan getməyə çağırıb