Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilib

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə əlavə reys təyin edib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, müvafiq tarixdə əlavə reys üzrə səhər saat 8:25-də Bakı Dəmir yolu Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.

Qeyd edək ki, Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 8:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmir yolu Vağzalına saat 22:05-də çatır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Əvvəlki məqalə

“Çin nə Rusiyaya, nə Ukraynaya silah satacaq”

Sonrakı məqalə

“Qərbin bu hərəkətləri dövlət səviyyəsində banditizmdir”