Bu gün Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) diplomatik korpusun nümayəndələri ilə birlikdə ARS Rehabilitation Center-ə səfər edib. AzPost xəbər verir ki, səfər çərçivəsində iştirakçılar mərkəzin fəaliyyəti, əsas iş istiqamətləri, göstərilən xidmətlər və reabilitasiya proqramları ilə yaxından tanış olublar. Mərkəzin nümayəndələri reabilitasiya sahəsində həyata keçirilən işlər, tətbiq olunan müasir yanaşmalar və xüsusi dəstəyə ehtiyacı olan şəxslərin sosial və funksional inkişafına yönəlmiş fəaliyyət barədə ətraflı məlumat veriblər.

Səmimi və mehriban şəraitdə keçən görüş zamanı qonaqlar mərkəzin fəaliyyəti ilə bağlı suallarını ünvanlayıb, fikir mübadiləsi aparıblar.

Səfərin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub, xoş söhbətlər davam etdirilib və xatirə şəkilləri çəkdirilib.

Beynəlxalq Qadınlar Klubunun üzvü və ARS Rehabilitation Center-in rəhbəri Sevda xanım Xanməmmədovaya dəvətinə, səmimi qarşılanmaya, qonaqpərvərliyinə və maraqlı görüşə görə xüsusi təşəkkürümüzü bildiririk. Onun rəhbərliyi ilə mərkəzdə həyata keçirilən mühüm fəaliyyəti yüksək qiymətləndiririk.