Bakı dünyanın “İdman Paytaxtı” seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakının namizədliyinin təsdiqləndiyi bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır(idman.biz).

Əvvəlki məqalə

Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq

Sonrakı məqalə

“ABŞ hərbi dəstəyi davam etdirməyi düşünərkən Ukrayna bəzi ərazilərini itirib”