Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma vaxtını tərəflər özləri müəyyən etməlidir.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva sülhün mümkün qədər tez bağlanması istiqamətində tərəfdaşlarına kömək üçün əlindən gələni edəcək.
“Bakı və İrəvanın birgə bəyanatı barışıq üçün yeni imkanlar açır. Sülh müqaviləsinin imzalanma müddətinə gəlincə, bunu tərəflər özləri müəyyən edir. Biz öz növbəmizdə tərəfdaşlarımıza balanslaşdırılmış razılaşma üçün kömək etməyə hazırıq. Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, – Zaxarova bildirib.
Azpost.info