Bakı metrosunda faciə-Sərnişin qatarın altına düşərək öldü

Metro
Metro

Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Metropolitendən verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb.

“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb”, – məlumatda qeyd olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.