Bakı metrosunda qorxulu anlar yaşandı, xlor buxarlanması baş verdi

“Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

Bu barədə  “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, – deyə məlumatda bildirilir.

Əvvəlki məqalə

Azərbaycan idmançıları Ermənistana gedir –

Sonrakı məqalə

Kriminal avtoritet Polşada 76 yaşlı “qanuni oğru”nu döyüb