Bakı, Qarabağ və Zaqatala hərbi prokurorları təyin edilib –

ƏMR
20 Avqust 2020 - 12:05

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-Məmmədov Zaqatala hərbi prokuroru, Surxay Hüseynov isə Qarabağ hərbi prokuroru vəzifələrinə təyin ediliblər.