Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
issan Xtrail markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.
Faktla bağlı araşdırma aparılır. (APA)