Bakı-Quba yolunda dəhşətli qəza –Mikroavtobus TIR-la toqquşub, 7 nəfər ölüb /FOTO

Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan TIR sürücüsü ölüb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

**

Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.

İkin məlumata görə, “Mercedes-Vito”da olan (sürücü daxil olmaqla) 6 nəfər ölüb. TIR sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.

Xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən  verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

Aİ və NATO Ukrayna ilə bağlı birgə bəyannamə imzalayacaq

Sonrakı məqalə

Puqaçova Rusiyadakı son biznesini də itirdi