Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılaraq

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.

Sürücülərdən qeyd olunan müddətdə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Bu meymunlar bir-birini öz adı ilə çağırır, “söhbət” edirlər –