Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılır- DYP müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

“Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, yerüstü piyada keçidinin inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə, sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş olunur”.

Əvvəlki məqalə

8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sonrakı məqalə

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib