Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir. (APA)