Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi istismara verilmə mərasimi keçirilir –FOTO

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmov təmsil edir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.