Bakı–Tbilisi sərnişin qatarları bu tarixdən fəaliyyətə başlayır –Bilet qiymətləri elan olunacaq /RƏSMİ

26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nın rəsmi açıqlamasında bəyan edib.

Qatarların bərpası Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən həyata keçirlir.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq.
Bu barədə rəsmi  elan veriləcək.

Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər yerin konfiqurasiyasına (vaqon tipinə) görə təxminən belə dəyişirdi:

Plaskart (açıq kupe) bir nəfər üçün 24-26 manat, kupe 35-40 manat, SV (yataqlı) 57-60 manat.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.