“Bakı və İrəvan sülh sazişinə yaxındır” –ABŞ-ın Azərbaycanda səfiri

“Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesinə başlayıblar, məhbusların mübadiləsinə razılaşıblar və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bəyan ediblər”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi deyib. Məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yayıb.

Səfir bildirib ki, Ermənistanla sülh sazişi misli görünməmiş sabitlik yaradacaq və Azərbaycana və regiona fayda verəcək ticarət və praktiki əməkdaşlığa qapı açacaq. ABŞ hər iki tərəfi bu fürsətdən istifadə etməyə təşviq etməyə davam edəcək.

“Bu il biz güclü, strateji enerji əlaqələrimizin transformasiyasının şahidiyik. ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliklərində Vaşinqton Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inkişafı, tikintisi və istismarı üçün mühüm dəstək göstərib. Bu layihələr bizim ən mühüm və ümumi nailiyyətlərimizdəndir. ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bu enerji infrastrukturu mövcud olmazdı, Avropa daha az enerji təhlükəsizliyinə malik olardı, Azərbaycan isə daha az çiçəklənərdi”.

Əvvəlki məqalə

Ukrayna gələn həftə Polşa ilə təhlükəsizlik sazişi imzalayacaq

Sonrakı məqalə

Bakının bu ərazisində evlər sökülür