Bakı və İrəvan sülh müqaviləsinin prinsipial bəndləri barədə razılıq əldə edib” –ÇAVUŞOĞLU

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin prinsipial bəndləri barədə razılıq əldə edib. İndi onları reallaşdırmaq qalır”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvnet telekanalına müsahibəsində deyib: “Beş prinsipial bənd üzrə razılaşma əldə edilib. Bura bir-birilərinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin demarkasiyası və s. daxildir”.

Onun sözlərinə görə, Ankara ilə İrəvanın münasibətlərinin normallaşması Bakı ilə İrəvan arasında sülh müqaviləsindən ayrı ola bilməz. “Bu bizim “qırmızı xətt”imizdir”.

Çavuşoğlu deyib ki, Baş nazir Paşinyanla prezident Ərdoğanın görüşü müsbət keçib. Bununla yanaşı o bildirib ki, rəsmi İrəvana ölkə daxilindən və diaspora tərəfdən təzyiq göstərilir.

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Qırğızıstana səfərə gedib

Sonrakı məqalə

Balaxanıda içində 5 min manatdan çox pul olan ödəmə terminalı oğurlanıb