Bakıda 12 yaşlı qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Əvvəlki məqalə

Avropa İttifaqı Türkiyəni Rusiya əleyhinə sanksiyalara qoşulmağa çağırıb

Sonrakı məqalə

“İran Rusiyaya hərbi dəstək verən ən böyük ölkəyə çevrilib” –