Bakıda itkin düşən 13 və 14 yaşlı qızlar tapılıb –YENİLƏNİB

itkin
itkin

Bakıda itkin düşən 13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil verilib.

Bu barədə APA-nın sorğusuna Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

**

Bakıda 13 yaşlı və 14 yaşlı qız uşaqları itkin düşüb.

2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami rayon Polis İdarəsində araşdırma gedir. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.