Bakıda 18 yaşlı oğlan qətlə yetirilib

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Zabrat-Məhəmmədi şossesinda dava zamanı 2004-cü il təvəllüdlü oğlan (ad, soyad müəyyənləşdirilir) naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, hadisə yerində ölüb.

Hazırda hadisənin baş verdiyi əraziyə rayon polis və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, bu, 2004-cü il təvəllüdlü Sübhan Səfərovdur.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin ildönümünü Qarabağda qeyd edəcək

Sonrakı məqalə

“Ukraynada hər gün 200-dək insan həlak olur” –