Bakıda 36 yaşlı qadın gecə klubunda bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqalə

Si Cinpin üçüncü dəfə Çin Xalq Respublikasının Sədri seçilib

Sonrakı məqalə

Rusiya Ukraynanın on regionunu raket atəşinə tutub