Bakıda 40 yaşlı kişi idman zalında məşq edən zaman ölüb

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, “Vurğun Rezidens”də yerləşən zalda qeydə alınıb.

1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Əvvəlki məqalə

Bakı Forumunda yeni enerji və nəqliyyat dəhlizlərinin rolu müzakirə olunub

Sonrakı məqalə

“Daha köhnə dünya nizamına qayıtmaq mümkün olmayacaq”