Bakıda 5 maşın toqquşdu, biri yandı –Xəsarət alanlar var /FOTOLAR

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Skoda” və “Daewoo” markalı minik avtomobilləri yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Daewoo” markalı avtomobil yanıb. Qəza nəticəsində “VAZ-2107” deformasiyaya uğrayıb.

İlkin məlumata görə, zəncirvari qəzada üç nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

“Azərbaycana qibtə etmək olar…” –

Sonrakı məqalə

Polşa Rusiya səfirliyinin bütün pullarını müsadirə edib