Bakıda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Fakt araşdırılır.

Əvvəlki məqalə

İrandan Azərbaycana 11,7 kq narkotik keçirilməsinin qarşısı alınıb

Sonrakı məqalə

Ötən ay 3900 şəxsə əlillik təyin olunub