Bakıda ana 1 yaşlı oğlunun yeməyinə zəhər qataraq öldürüb

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Əvvəlki məqalə

Ağdamda yerləşən Türkiyə hərbi kontingentinə yeni rəhbər təyin edilib

Sonrakı məqalə

Azərbaycan Ordusunun Laçın, Kəlbəcər və Gədəbəydəki mövqeləri atəşə tutulub