Bakıda ana və 2 yaşlı övladı 7-ci mərtəbədən yıxılıb

Bakıda ana və azyaşlı övladı 7-ci mərtəbədən yıxılıb.

Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev 116 ünvanında yerləşən binada qeydə alınıb.

Belə ki, binanın 7-ci mərtəbəsində yaşayan 1995-ci il təvəllüdlü Rövşanə Umalatova və oğlu 2020-ci il təvəllüdlü Tamerlan Umalatov ehtiyatsızlıqdan 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Ağstafada yol tikintisinə 2,1 milyon manat ayrılıb – SƏRƏNCAM

Sonrakı məqalə

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib