Bakıda ruhi xəstə polisləri bıçaqladı

Əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətləri ilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

**

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları – 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır. (APA)

Əvvəlki məqalə

“Qardaşım məni evdən çıxartdı, evi 300 minə satıb pulu dağıtdı…İşsizəm” –

Sonrakı məqalə

Rusiyada hərbi anbarlarda partlayış baş verib