Bakıda bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.