Bakıda binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.

Hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.

“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.

Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.