Bakıda binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.

Hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.

“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.

Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərinə səfər edib – VİDEO

Sonrakı məqalə

Zaqatalada itkin düşən hindlini tapana veriləcək pul artırıldı