Bakıda Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 51-ci ildönümü qeyd edilib –FOTO

“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli münasibətlər əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulub”.  

Azpost.info bildirir ki, bunu səfir Mohammed Al Bluşi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlətinin yaranmasının 51-ci il dönümü və BƏƏ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təşkil olunan rəsmi qəbulda deyib.

Səfir bildirib ki, hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir: “BƏƏ Əlahəzrət Şeyx Mohamed bin Zayed Al Nahyanın rəhbərliyi altında Şeyx Zayed bin Sultan Al Nahyan və Şeyx Xəlifə bin Zayed Al Nahyan irsinin davamı olaraq milli inkişaf və iqtisadi yüksəliş yolunu davam etdirir”.  

BƏƏ regional və beynəlxalq arenada öz mövqeyini və fəal rolunu gücləndirəcək, çünki dünya ölkələri ilə qarşılıqlı hörmət və ölkələr arasında mübahisələrin dialoq və sülh yolu ilə həllinə sadiqliyi və beynəlxalq sülhün və sabitliyin dəstəklənməsinə və insanların birgəyaşayışının təşviqinə töhfə əsasında möhkəm əlaqələr qurmağa nail olub.

Diplomat “50-nin Prinsipi” barədə ətraflı məlumat verərək deyib ki, ölkəsi növbəti əlli il ərzində artım və inkişafın yeni mərhələsinə qədəm qoyur və “50-nin Prinsipi” ölkədə istinad edilən on prinsipi tamsil edir. “50-nin Prinsipi” sənədi Birliyin sütunlarını gücləndirmək, dayanıqlı iqtisadiyyat qurmaq və daha firavan cəmiyyət üçün bütün mümkün resurslardan istifadə etmək məqsədilə BƏƏ-nin yeni iqtisadi, siyasi, inkişaf və sosial yüksəliş erası üçün strateji yol xəritəsini müəyyən edir.

BƏƏ neftdən uzaq, iqtisadi diversifikasiyanı təşviq edən iqtisadi strategiyalar qəbul edir və ölkə elmi və texnoloji tərəqqi ilə gücləndirilmiş bilik və müxtəlifliyə əsaslanan iqtisadiyyat qurmaq üzərində işləyir.

“BƏƏ investisiya və iqtisadi innovasiyalar üçün qlobal paytaxt olmağa çalışır. BƏƏ sülh, sabitlik, firavanlıq və insanların rifahının təşviqində region ölkələrinin ümumi maraqlarına əsaslanan xarici siyasətini davam etdirəcək. Muxtalif etnik və dini mənsubiyyətlərdən olan 200-dən çox millətin yaşadığı BƏƏ insan hüquqlarına tam sadiqdir. 1971-ci ildən 2021-ci ilə qədər əlli ili əhatə edən bir dövrdə BƏƏ 322 milyard dirham dəyərində xarici yardım edib. Qrant şəklində 208.3 milyard dirham dəyərində ümumi yardımın taxminən 65%-ni təşkil edib!-deyə səfir bildirib.

Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibətilə təbrik edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  Azərbaycanın BƏƏ ilə münasibətlərə xüsusi önəm verdiyini qeyd edib. Deyib ki, qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.

Nazir deyib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylər əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.

Tədbir Əmirlik Xalq Qrupunun ifasıyla davam edib.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan yazıçı Elçinə “Necip Fazıl” mükafatını təqdim edib –

Sonrakı məqalə

Beyləqanda dəhşətli qətl –