“Bravo” supermarketində inkassatorlara silahlı hucum olub –Ölən və yaralanan var, polis əməliyyata başlayıb /FOTO

Bu gün Bak şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən supermarketlərin birində silahlı insident baş verib.

Hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

Son məlumata görə, atışma Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

Əvvəlki məqalə

“Çalışmalıyıq ki,Zelenski döyüş meydanında uğur qazana bilsin”

Sonrakı məqalə

“Çox ümid edirik ki, Çin Rusiyaya silah verməyəcək”