Bakıda doğum evinin ərazisində yanğın söndürülübTƏBİB

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

Bu barədə TƏBİB-dən bildirilib.

“Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb”.

Əvvəlki məqalə

Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

Sonrakı məqalə

Küləkli hava ilə bağlı rayonlarda sarı və narıncı xəbərdarlıq edilib