Bakıda evdə yanğın olub-1 yaşlı körpə əkiz bacılar ölüb

Bakıda evdə yanğın olub.

Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə – əkiz bacılar ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.

Sabunçu rayonunda baş vermiş yanğın zamanı zərər çəkmiş şəxslər 29.06.2022-ci il tarixində saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub.

TƏBİB-dən APA-ya bildirilib ki, vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Əvvəlki məqalə

“SSRİ ilğımı” ilə dünyanı qorxudan Rusiya –

Sonrakı məqalə

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb