Bakıda daha bir nəfər avtomobili ilə birlikdə itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Sabunçu rayonu, şəhər şossesi, döngə 5-də yaşayan, 1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi "KİA" markalı 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalara başlanıb.