Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, DSK yolu kimi tanınan ərazidə 1996-ci il təvəllüdlü Babayev Fərid Elşən oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.