Bakıda icra məmuru qadın vəkili döyüb – FOTO

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: “Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır”.

Əvvəlki məqalə

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sonrakı məqalə

Çavuşoğlu Blinkenlə Ermənistanla normallaşma prosesini müzakirə edib