Bakıda itkin düşən qız tapılıb. Fevralın 5-də saat 15:30 radələrində Xəzər rayon sakini, 2004-cü il təvəllüdlü Zeynəb Quliyeva evdən çıxıb, bir daha geri qayıtmayıb. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi axtarış nəticəsində Z. Quliyeva fevralın 7-də tapılaraq ailəsinə təhvil verilib.